Hansi Flik: “Çelsi dünyanın ən yaxşı komandalarından biridir”
Çempionlar Liqası oyunu öncəsi "Barselona"nın çalışdırıcısı Hansi Flik “Çelsi”yə yüksək qiymət verib.
90plus.az xəbər verir ki, 60 yaşlı alman mütəxəssis belə deyib:
“Çelsi dünyanın ən yaxşı komandalarından biridir. Bu klubda gedən inkişaf və dəyişikliklər möhtəşəmdir. Onların çox yaxşı gənc futbolçuları və əla baş məşqçisi var. Gördükləri işi çox bəyənirəm. Gənc, amma istedadlı komandadır.
Çelsi topa sahib olmaqda proaktivdir, biz də elə. Onlar pressinq etmək istəyir, biz də. Hər iki komanda topa sahib olmağı sevir. Bu, bizim üçün böyük oyun olacaq. Çempionlar Liqasında heç nə asan deyil, amma biz inamlıyıq və həmişəki kimi mübarizə aparacağıq”, – Flik bildirib.
“Çelsi” bu yaxınlarda Klubların Dünya Çempionatının qalibi olub və Enzo Mareska rəhbərliyi altında yaxşı futbol sərgiləyir.
ℹ️ Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunda “Çelsi” ilə “Barselona” arasında oyun 25 noyabr tarixində saat 00:00-da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved