Hansi Flik qapıda seçimini etdi - Ter Ştegen qayıtdı
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen tam sağalaraq komandaya qayıtmaq üçün tibbi icazəni gözləyir.
90plus.az xəbər verir ki, katalon klubunun baş məşqçisi Hansi Flik artıq komandanın əsas qapıçısının kim olduğunu açıqlayıb.
Flik mətbuata verdiyi açıqlamada belə deyib:
“Mənim üçün hər şey aydındır, hamımız bilirik ki, Xoan [Qarsiya] bir nömrədir.”
Bununla belə, alman mütəxəssis ter Ştegenin Çempionlar Liqasının sabahkı “Ayntraxt”la oyun üçün heyətə daxil edilə biləcəyini də istisna etməyib:
“O, heyətə düşə bilər.”
Mətbuat yazır ki, ter Ştegen ən gec “Osasuna” ilə oyunda matç heyətində olmalı olduğunu düşünür.
© Copyright 2025, All Rights Reserved