Harri Maquayraya 15 ay həbs cəzası verildi
"Mançester Yunayted"in ingilis müdafiəçisi Harry Maguire barəsində 2020-ci ildə baş vermiş insidentlə bağlı məhkəmə işi yekunlaşıb. Təcrübəli futbolçuya 15 ay müddətinə həbs cəzası verilib.
90plus.az xəbər verir ki, hadisə 2020-ci ildə Yunanıstanın Mikonos adasında istirahət zamanı baş verib. İngilis futbolçu Yunanıstan polisi ilə yaşanan insident zamanı hücum, müqavimət və rüşvət təklif etmə ittihamları ilə üzləşib.
Məhkəmənin ilkin qərarına əsasən, Maquayraya 21 ay həbs cəzası verilmişdi. Lakin apellyasiya şikayətindən sonra cəza 15 aya endirilib.
"Mançester Yunayted"in qərardan narazı olduğu və növbəti hüquqi addımlar atacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved