Harri Keyn yubileyini qolla tamamladı
Harri Keynin Finlandiya ilə matçı onun millidəki 100-cü qarşılaşmasıdır.
90plus.az xəbər verir ki, ingilis hücumçu Harri Keyn millisində 100-cü matç çıxdı. Finlandiya ilə yubiley matçına çıxan Keyn 2 qolla yadda qalıb. Bununla da Harri 100 matçda 85 qola birbaşa qatqı verib. O, 68 qol və 17 assistlə yadda qalıb.
Qeyd: Keyn Uembli stadionunda 35 oyunda 27 qol vuraraq öz meydanında ən çox fərqlənən ingilis futbolçudur.
© Copyright 2026, All Rights Reserved