“Hatayspor”dan tanınan futbolçu yıxılıb-öldü
”Hatayspor” klubundakı çıxışı ilə Super Liqa izləyicilərinin xatırladığı Aaron Boupendza Çində bir binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.
90plus.az xəbər verir ki, Çin rəsmiləri Aaron Boupendzanın ölümü ilə bağlı araşdırma başladıb və intihar ehtimalını da nəzərdən keçirirlər.
Çin polis mənbələrindən əldə edilən məlumata görə, Boupendzanım qardaşı qısa müddət əvvəl yaşadığı mənzilə gəlib və aralarında mübahisə yaranıb. Bu mübahisədən sonra 11-ci mərtəbədən atıldığı ehtimalı üzərində dayanılır. İkinci ehtimal kimi təsadüfən yıxılma, üçüncü ehtimal kimi isə intihar göstərilir.
📰: TVR Info
© Copyright 2025, All Rights Reserved