“Heç bir təzyiq yoxdur" Bəhlul Mustafazadə
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə keçirəcəkləri Çempionlar Liqasının cavab pley-offundan öncə mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, futbolçu hazrlıq barədə bunları deyib:
"Bizi sabah vacib və ciddi oyun gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyimiz odur ki, ötən oyundakı səhvlərimizi təkrarlamayaq. Təbii ki, futboldur, səhv ola bilər. Bununla belə, qarşılaşmaya sakit hazırlaşırıq. Heç bir təzyiq yoxdur".
Tənqidlər barədə: “Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayaq".
Qeyd: "Qarabağ - Dinamo" matçı sabah - 28 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk oyun 3:0 rəqibin xeyrinə yekunlaşıb.
© Copyright 2025, All Rights Reserved