Höccət Haqverdi “Sumqayıt”da
2025/26 mövsümü öncəsi heyətini gücləndirməyi davam etdirən “Sumqayıt” daha bir transferi rəsmiləşdirib.
90plus.az xəbər verir ki, klubun mətbuat “kimyaçılar”ın son olaraq “Neftçi”də forma geyinən Höccət Haqverdi ilə anlaşdığını rəsmən elan edib.
Təcrübəli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb və o, yeni mövsümdə “Sumqayıt”ın heyətində “3” nömrəli formanı daşıyacaq.
Qeyd: Höccət Haqverdi 2020/21 mövsümündə “Sumqayıt”ın heyətində çıxış edərək komanda ilə birlikdə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb. O, həmin vaxt “kimyaçılar”ın heyətində 49 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved