"Hoffenhaym"ın hücumçusu İstanbul klubuna keçir
Xorvatiya millisinin hücumçusu Andrey Kramariçin futbol yolunu Türkiyə Superliqasında davam etdirməsi gündəmə gəlib.
90plus.az xəbər verir ki, 34 yaşlı forvard “Başakşehir” klubunun transfer siyahısında yer alır.
İstanbul təmsilçisi təcrübəli xorvat futbolçu ilə danışıqlar aparır. Bununla belə, Kramariç hələlik Türkiyə klubuna yekun cavabını verməyib.
Onun Almaniyanın “Hoffenhaym” klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.
Qeyd: Kramariç 2016-cı ildən etibarən “Hoffenhaym”ın formasını geyinir. Karyerası ərzində isə “Dinamo” (Zaqreb), “Lokomotiva”, “Riyeka” və “Lester” klublarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved