Homofob misirlini Fransada cəza gözləyir

Fransa "Liqa 1" təmsilçisi "Nant"ın hücumçusu Mustafa Məhəmməd növbəti dəfə "homofobiyaya qarşı həftə" çərçivəsində keçirilən matçda iştirak etmədiyi üçün gündəmə gəlib.
90plus.az xəbər verir ki, misirli futbolçunun bu davranışı səbəbilə ağır maliyyə cəzası alacağı bildirilir.
Məhəmməd bu mövsümdə də "homofobiyaya qarşı həmrəylik" həftəsində komandası ilə birlikdə meydana çıxmaqdan imtina edib. O, Fransa klubunun LGBTQ-yə dəstək məqsədilə keçirdiyi yoldaşlıq oyununda iştirak etməkdən imtina edib.
Klub isə futbolçunun bu qərarına görə onu cərimələyəcək və həmin vəsaiti bir xeyriyyə fonduna bağışlayacaq.
Qeyd: Mustafa Məhəmməd son iki mövsümdə də oxşar həftələrdə "zədəliyəm" bəhanəsi ilə meydana çıxmayıb. Bu davranış ictimaiyyət və media tərəfindən ciddi reaksiyalarla qarşılanır.
Əvvəllər Türkiyədə "Qalatasaray" formasını geyinmiş olan Mustafa Məhəmmədin gələcəkdə bu tip kampaniyalara münasibəti və klubun atacağı növbəti addımlar maraqla gözlənilir.
© Copyright 2025, All Rights Reserved