Höysen və Kamavinqa da “Man Siti”yə qarşı oynamayacaq
COPE-in xəbərinə görə, Din Höysen və Eduardo Kamavinqa “Mançester Siti” ilə oyunu böyük ehtimalla buraxacaqlar.
90plus.az xəbər verir ki, hər iki futbolçu hələ də tam hazır vəziyyətə qayıtmayıb. Höysen noyabr ayındakı milli fasiləsindən bəri tam bərpa ola bilmir, Kamavinqa isə “Atletik Klub”la matçda aldığı topuq zədəsindən sağalmayıb.
“Real Madrid” son oyunda “Selta”ya 0:2 hesabı ilə uduzub və həmin görüşdə Eder Militao da zədələnib.
Daha bir ev məğlubiyyəti – bu dəfə “Mançester Siti”yə qarşı – Madrid klubunda ciddi həyəcan yaradacaq.
ℹ️ Çempionlar Liqasının 6-cı turundakı "Real Madrid - Mançester Siti" qarşılaşması 10 dekabr gecəyarısı, saat 00:00-da “Santyaqo Bernabeu”da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved