Höysen və Yamal “atışıblar”

"Real Madrid" və "Barselona" futbolçuları arasında zarafatlı “atışma” – Höysen və Yamal sosial şəbəkədə gündəm oldu.
90plus.az xəbər verir ki, İspaniya futbolunun iki gənc ulduzu – Real Madrid-in yeni müdafiəçisi Din Höysen və “Barselona”nın parlayan istedadı Lamin Yamal sosial şəbəkədə zarafatlı dialoqları ilə gündəmə gəliblər.
UEFA Millətlər Liqasının oyunları üçün İspaniya milli komandasının düşərgəsində olan gənc futbolçular arasında mehriban “rəqabət” artıq başlayıb. Lamin Yamal sosial mediada Din Höysenin şəklini paylaşaraq yazıb: “Mənim yeni oyuncağım".
"Real Madrid"in gənc müdafiəçisi isə cavabda zarafatyana yazıb: “Mənim oğlum”.
İki əzəli rəqibin – "Real" və "Barselona" – oyunçuları arasında yaşanan bu mehriban dialoq azarkeşlər arasında maraqla qarşılanıb.
Qeyd: Din Höysen bu yay “Real Madrid”ə transfer olunub və Klubların Dünya Kubokunda debütü gözlənilir. Lamin Yamal isə artıq “Barselona”nın əsas heyətində özünə möhkəm yer tutub və ölkəsinin ən istedadlı gənclərindən biri sayılır.
© Copyright 2025, All Rights Reserved