İbrahimoviçin 2-ci oğlu da “Milala anlaşdı
İtaliyada “Serie A”nın nəhəngi “Milan” əfsanəvi futbolçu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilə peşəkar müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, klub 17 yaşlı İsveç yarımmüdafiəçisi Vinsent İbrahimoviçin ilk peşəkar müqaviləsini imzaladığını açıqlayıb. 2022-ci ildə “Milan”ın gənclər akademiyasına qoşulan Vincent bu mövsüm U-18 komandaya yüksəlib.
BÖYÜK OĞLU DA MÜQAVİLƏ İMZALAMIŞDI
Təcrübəli hücumçu Zlatan İbrahimoviçin böyük oğlu Maksimilian da keçən il “Milan” ilə peşəkar müqavilə imzalamışdı.
ÇEMPIONATDA İKİ TƏCRÜBƏLİ MÖVSÜM KEÇİRDİ
Zlatan futbolçu karyerası ərzində “Milan”da 163 oyun keçirib və 93 qol vurub, 2010-11 və 2021-22 mövsümlərində çempionluq təcrübəsi yaşayıb.
© Copyright 2025, All Rights Reserved