İkardinin köhnə sevgilisi Vanda Nara repçidən ayrıldı
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə yaşananlarla gündəmdə qalan məşhur model və aparıcı Vanda Nara "Instagram" hesabında sürpriz paylaşım edib.
90plus.az xəbər verir ki, İkardini yenidən izləməyə başlayan Vanda Nara bu dəfə L-Qante ilə ayrılıb.
O bu barədə şəxsi "Instagram" sosial şəbəkə hesabından paylaşım edib:
"Bu gün diqqətimizi işimizə və ailəmizə yönəltmək üçün yollarımızı ayırırıq. Mənim mürəkkəb və ağrılı hüquqi vəziyyətim bu qərarı verməyə vadar etdi. Uşaqlarımın hazırda mənə ehtiyacı var və mən bütün vaxtımı onlara həsr edirəm".
İkardi ilə ayrılandan sonra özündən 13 yaş kiçik reper L-Qante ilə eşq münasibətinə başlayan Vanda Nara münasibətlərinə son qoyub.
© Copyright 2025, All Rights Reserved