İker Kasilyas haqda bi*eksual iddiası var

“Telecinco”nun TardeAR proqramının son buraxılışında Eliza Ernandesin sevgilisi onun “Real Madrid”in əfsanəvi sabiq qapıçısı İker Kasilyasla onu aldatdığını necə öyrəndiyini danışıb.
90plus.az xəbər verir ki, o, Elizanın davranışlarında şübhəli məqamlar gördüyünü bildirib:
“Deyirdi ki, guya əmisiqizini görməyə gedir… Hər şey çox qəribə idi!”
Həmin şəxs əlavə edib ki, Eliza “Instagram”da da anlamadığı hekayələr paylaşırmış. Şübhələri artdıqdan sonra onun “Instagram” yazışmalarına baxıb və Eliza ilə Kasilyas arasında mesajları tapıb.
“Ona dedim ki, ‘Bu nədir? Zarafat edirsən?’ Aralarında çox yazışma var idi, həm də çox səmimi şəkildə.” – deyə sevgilisi danışıb.
İttihamlarla üzləşəndə Eliza əvvəlcə hər şeyi inkar edib və bildirib:
“Dedi ki, heç nə deyil, sadəcə dostdur, filan… Nə dost? Bu İker Kasilyasdır axı.”
Sevgilisi emosional şəkildə bunları əlavə edib:
“Hazırda ona qarşı çox küskünəm, açığı. Axırda evi tərk etdim.”
Bu arada jurnalist İvan Qarsiya Eliza ilə əlaqə saxlayaraq onun mövqeyini öyrənib. Qarsiyanın sözlərinə görə:
“O mənə dedi ki, əvvəl münasibətləri normal idi, amma ilin əvvəlində münasibətlərini açıq formaya salıblar.”
Bu isə Elizanın münasibəti eksklüziv saymadığını göstərir. Halbuki sevgilisi belə düşünmürmüş.
Kasilyas isə şəxsi həyatı ilə bağlı yayılan son şayiələrə daha əvvəlki TardeAR proqramında belə cavab vermişdi:
“Heç kimlə münasibətdə deyiləm. Subayam və nə istəyirəmsə, onu da edirəm.”
Qeyd: Bəzi təsdiqlənməmiş mənbələr Kasilyasın biseksual olduğunu da iddia edib.
© Copyright 2025, All Rights Reserved