İker Kasilyas Messinin dar gündə dəstəyindən danışıb

İker Kasilyas: "Messi mənə ürək əməliyyatından sonra zəng etdi".
90plus.az xəbər verir ki, sabiq İspaniya qapıçısı İker Kasilyas 2019-cu ildə yaşadığı ürək əməliyyatından sonra Lionel Messidən gələn dəstəyi xatırlayıb.
Kasilyas bildirib ki, həmin il ürək tutması keçirərək xəstəxanaya aparılıb. “Ertesi gün naməlum nömrədən zəng gəldi. Cavab verdim və xəttin o başında Messi idi,” – deyə o qeyd edib.
Messi Kasilyasa belə deyib: “Salam İker, sənin nömrəni bilmirdim, amma Pikedən aldım. Tezliklə sağalmanı arzulayıram. Sənə bir buket gül göndərdim, ümid edirəm bəyənərsən.”
Kasilyas bu jestdən çox təsirləndiyini vurğulayıb: “Doğrusu, onun təvazökarlığından heyrətləndim. O, zəng etmək məcburiyyətində deyildi; hətta əvvəllər dost da deyildik.”
© Copyright 2025, All Rights Reserved