İngilis klubunda baş məşqçi ayrılığı yaşandı
“Tottenhem” Tomas Frenklə yollarını ayırdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Tottenhem” baş məşqçi Tomas Frenklə yolların ayrıldığını rəsmən açıqlayıb. Qərar komandanın “Nyukasl Yunayted”ə 1:2 hesablı məğlubiyyətindən sonra verilib.
London klubu Premyer Liqada son 8 oyunda qələbə qazana bilməyib və uğursuz nəticələr rəhbərliyi dəyişiklik etməyə vadar edib.
Tomas Frenk İngiltərədə ilk olaraq “Brentford”u çalışdırıb və 2018–2025-ci illər aralığında 317 oyunda baş məşqçi kimi fəaliyyət göstərib. “Tottenhem” 2025-ci ilin yayında Anje Postekoqlu ilə yollarını ayırdıqdan sonra komandanı məhz Frenkə tapşırmışdı.
Hazırda Premyer Liqada 26 turdan sonra 29 xal toplayan “Tottenhem” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
Buna baxmayaraq, London təmsilçisi UEFA Çempionlar Liqasında qrup mərhələsini 17 xalla 4-cü sırada başa vuraraq pley-off mərhələsinə yüksəlib və son 16 turunda mübarizəni davam etdirəcək.
© Copyright 2026, All Rights Reserved