Qar İngiltərə derbisinə mane olur
İngiltərə Premyer Liqasının 20-ci turunda bu gün keçiriləcək "Liverpul" və "Mançester Yunayted" komandaları arasındakı qarşılaşma güclü qar yağışı səbəbindən təxirə salına bilər.
90plus.az xəbər verir ki, oyunun keçirilib-keçirilməməsi ilə bağlı son qərarın yaxın saatlarda veriləcəyi gözlənilir. Qərar zamanı azarkeşlərin stadiona təhlükəsiz şəkildə çatmalarını təmin etmək nəzərə alınacaq.
Qeyd: "Liverpul" və "Mançester Yunayted" komandaları arasındakı matçın başlanma vaxtı Bakı vaxtı ilə saat 20:30-a təyin olunub.
© Copyright 2026, All Rights Reserved