İngiltərə millisində sensasiyalı ad olacaq
talkSPORT-un məlumatına görə, Denni Uelbek İngiltərə millisinə sensasion şəkildə geri dönə bilər.
90plus.az xəbər verir ki, Tomas Tuxel 2018-ci ilin sentyabrından bəri millidə bir matç belə keçirməyən 34 yaşlı hücumçunu yığmaya çağırmağı ciddi şəkildə nəzərdən keçirir.
Təcrübəli forvard hazırda karyerasının ən yaxşı dönəmlərindən birini yaşayır. O, “Braytın” üçün Premyer Liqada son beş oyunda 6 qol vurub.
Uelbek hazırkı forması ilə həmçinin “qağayılar”la yeni müqavilə də qazana bilər. Onun mövcud müqaviləsi gələn yay başa çatır.
© Copyright 2025, All Rights Reserved