İngiltərə millisini seçən Kobbi Meynu: “Qana irsimlə fəxr edirəm”
"Mançester Yunayted"in 20 yaşlı yarımmüdafiəçisi Kobbi Meynu Qana millisində oynamaq ehtimalını dəyərləndirdirir.
90plus.az xəbər verir ki, Meynu milli komanda seçimi ilə bağlı maraqlı açıqlama verib. 20 yaşlı futbolçu bir vaxtlar Qana millisində oynamaq ehtimalını nəzərdən keçirdiyini bildirib.
Meynu Qana irsi ilə fəxr etdiyini desə də, əsas arzusunun İngiltərə millisində çıxış etmək olduğunu vurğulayıb.
Futbolçu bu barədə danışarkən belə deyib:
“Qana irsimlə fəxr edirəm, amma İngiltərə millisində oynamaq mənim arzum idi. Burada olduğum üçün xoşbəxtəm. Qana üçün oynamağı düşündüm, amma İngiltərəni seçmək istədim”.
Qeyd: Qana əsilli olan Kobbi Meynu İngiltərə millisinin formasını geyinir. Gənc yarımmüdafiəçi son illərdə həm klubunda, həm də millidə göstərdiyi performansla diqqət çəkir. Xüsusilə “Mançester Yunayted”in əsas heyətində möhkəmlənməsi onun karyerasında mühüm addım hesab olunur.
© Copyright 2026, All Rights Reserved