İngiltərə nəhəngi "Real"ın oyunçusuna "elçi düşdü"

Yarımmüdafiəçi Cud Bellingem İngiltərənin aparıcı Premyer Liqa klublarından birinin maraq dairəsinə düşüb.
90plus.az xəbər verir ki, "Mançester Siti" ingilis futbolçunu heyətinə qatmaq niyyətindədir. Kevin De Bröynenin yayda komandadan ayrılma ehtimalını nəzərə alan "şəhərlilər" Bellingemi transfer etmək istəyir. Onun transferinə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola xüsusi maraq göstərir. Bununla belə, "Real Madrid"in 21 yaşlı ulduzunu satmaq fikrində olmadığı bildirilir.
Qeyd: Cud Bellingem 2023-cü ilin yayında "Borussiya Dortmund"dan "Real Madrid"ə keçib.
© Copyright 2025, All Rights Reserved