İngiltərədə 14 oyun təxirə salındı
İngiltərə Futbol Liqasında 14 oyun təxirə salınıb.
90plus.az xəbər verir ki, əlverişsiz hava şəraiti ucbatından bu gün – yanvarın 4-də keçirilməsi nəzərdə tutulan bir sıra qarşılaşmalar baş tutmayıb.
Məlumata əsasən, Çempionşipdə hakimlərin Şeffild və Portsmut şəhərlərində stadionlarda apardığı baxışdan sonra meydançaların oyun üçün uyğun olmadığı aşkarlanıb. Bu səbəbdən “Şeffild Yunayted” – “Oksford Yunayted” və “Portsmut” – “İpsviç Taun” matçları təxirə salınıb.
Pis hava şəraiti aşağı liqaları da təsirləndirib. Belə ki, 1-ci Liqada 4, 2-ci Liqada isə meydançaların donması üzündən 8 oyun ləğv edilib.
© Copyright 2026, All Rights Reserved