İngiltərədə oyun 10 dəqiqə yubandı - SƏBƏB
İngiltərə Premyer Liqasında bu gün keçirilməsi planlaşdırılan "Kristal Pelas" – "Bernli" qarşılaşmasının başlama vaxtında dəyişiklik edilib.
90plus.az xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 23:30-da deyil, 10 dəqiqə gec — saat 23:40-da start götürəcək.
Premyer Liqanın rəsmi açıqlamasına görə, gecikmə güclü yol hərəkəti səbəbindən baş verib. Bildirilib ki, sıx nəqliyyat "Bernli" komandasının avtobusunun "Selhurst Park" stadionuna vaxtında çatmasına mane olub.
Rəsmi bəyanatda deyilir:
“Bu axşam keçiriləcək Premyer Liqa oyunu — "Kristal Pelas" və "Bernli" komandaları arasında baş tutacaq qarşılaşmanın start fiti güclü yol hərəkəti səbəbindən 10 dəqiqə gecikdirilərək saat 19:40-a təyin edilib.”
Beləliklə, azarkeşlər oyunun başlanmasını bir qədər gec izləyəcəklər.
© Copyright 2026, All Rights Reserved