İngiltərəli futbolçu "Real"a bir az da yaxınlaşdı

Trent Arnoldun "Real Madrid"ə transfer məsələsi həll olundu.
90plus.az xəbər verir ki, 26 yaşlı futbolçunun qardaşı və agentləri "Los Blancos" ilə 5 illik müqavilənin bütün detallarını razılaşdırdılar. Anlaşma iyulun 1-dən qüvvəyə minəcək.
Sağ cinah müdafiəçisi İspaniya klubuna azad agent kimi keçdiyi üçün böyük bonus qazanacaq. Onun illik maaşı isə vergilərin çıxılmasına qədər 15 milyon avro təşkil edəcək.
© Copyright 2025, All Rights Reserved