İngiltərəli müdafiəçi "İnter"in marağına düşdü
"Aston Villa" klubunun müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "İnter" ingilis futbolçunu transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.
A Seriyasının nəhəngi Konsanı qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Bildirilir ki, "İnter" 28 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün 35 milyon avro ödəməyə hazırdır.
Qeyd: Ezri Konsa "Aston Villa"ya 2019-cu ilin yayında "Brentford" klubundan keçib. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved