İniesta “Barselona”ya qayıtmaq istəyir
"Barselona"nın əfsanəsi, 40 yaşında futbolla vidalaşan Andres İniesta ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, ispan oyunçu "Barsa"ya qayıtmaq istədiyini etiraf edib:
"Mən nə vaxtsa “Barça”ya qayıtmaq istərdim. Təkcə bunu demək üçün deyil, həm də ona görə ki, bu və ya digər şəkildə bu qədər təsirə malik olanlar orada olmalıdırlar.
Klubda başqa bir rolda bir oyunçu kimi etdiyimi edə bildiyim zaman sevinərəm".
VİDEO: https://t.me/doxsanplus/90537
Qeyd: Andres İniesta karyerası boyunca 885 matçda 93 qol, 161 məhsuldar ötürmə müəllifi olub.
© Copyright 2026, All Rights Reserved