Tanınmış ispan yarımmüdafiəçi Don Andrés İniesta futbolu buraxmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, 40 yaşlı əfsanə bu qərarını karyerası boyunca həmişə geyindiyi nömrə kimi - oktyabrın 8-də açıqlayacaq.
Onun karyerası boyu qazancı:
1016 oyunda 107 qol 191 məhsuldar ötürmə;
9 dəfə La Liqa çempionu;
6 dəfə "Copa del Rey" kuboku;
7 dəfə İspaniya Super Kuboku;
4 qat Çempionlar Liqası çempionluğu;
3 qat UEFA Super Kuboku;
3 qat FIFA Klublararası Dünya Çempionatı;
2 dəfə Avropa Çempionu;
1 dəfə Dünya Kuboku.
Andres İniesta hələ də tarixdə 3 finalda matçın ən yaxşı oyunçusu seçilən yeganə oyunçudur:
Çempionlar Liqasının finalı;
Dünya Kuboku finalı;
Avro finalı.
VİDEO: https://t.me/doxsanplus/90062
Karyerasında 1016 oyun keçirən Andres İniesta qırmızı vərəqə almadan karyerasını başa vurdu.
Mənbə: Relevo
© Copyright 2024, All Rights Reserved