"İnter" Çempionlar Liqası öncəsi hücumçusunu itirdi
"İnter"in hücumçusu Markus Türam Çempionlar Liqasının 3-cü tur matçını buraxacaq.
90plus.az xəbər verir ki, fransalı forvard hazırda zədəsinin sağalma prosesini davam etdirir.
Bud əzələsində yaşadığı problemlə əlaqədar son üç qarşılaşmada iştirak etməyən Türamın Çempionlar Liqasının Belçika klubu "Union St Jilluaz"la oyununda da meydana çıxmayacağı dəqiqləşib.
Futbolçunun oktyabrın 25-də "Napoli"yə qarşı keçiriləcək oyunda meydana dönəcəyi gözlənilir.
Qeyd: Yunion St Jilluaz - İnter matçı sabah saat 23:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved