“İnter” “Cenoa”nı 2-0 məğlub etdi
İtaliya A Seriyasında “İnter” evdə “Cenoa” ilə qarşılaşaraq 2-0 hesabı ilə qalib gəlib. Qələbə golları Dimarko və Hakan Çalhanoğlu tərəfindən vurulub.
90plus.az xəbər verir ki, Çempionlar Liqasından kənar qalan “İnter” diqqətini A Seriyasına yönəltdi. Liqanın 27-ci turunda İtaliya nəhəngi “Cenoa”nı Giuseppe Meazza stadionunda qəbul etdi.
Ev sahibi komanda 31-ci dəqiqədə Dimarko və 70-ci dəqiqədə Hakan Çalhanoğlunun qolları ilə matçı 2-0 hesabı ilə tamamladı və liderliyini qorudu:
İnter 2 - 0 Cenoa
F. Dimarko 31’
H. Çalhanoğlu 70’ (p)
Bu qələbə ilə “İnter” 67 xala çatdı və oyun sayı üstünlüyü ilə ikinci pillədəki “Milan” ilə xal fərqini 13-ə çıxardı. “Cenoa” isə 27 xalla yerində qaldı.
© Copyright 2026, All Rights Reserved