"İnter" İngiltərə millisinin üzvünə maraq salıb
“İnter” komandası İngiltərənin U-21 yığmasının keçmiş üzvü Rayan Sessenyoni heyətinə cəlb etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, “nerazzura” 25 yaşlı oyunçu ilə artıq danışıqlara başlayıb.
Sessenyonun “Fulhem”lə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədərdir və futbolçu özü də İtaliyaya keçməyə hazır olduğunu bildirib.
“Fulhem”in yetirməsi olan vinger, əvvəllər “Tottenhem” və “Hoffenhaym”da çıxış etdikdən sonra 2024-cü ildə yenidən “Fulhem”ə dönüb.
© Copyright 2026, All Rights Reserved