"İnter" İtaliya A Seriyasından müdafiəçi tapıb
“Fiorentina”nın müdafiəçisi Dodo İtaliya A Seriyasında komanda dəyişikliyi edə bilər.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu ilə “İnter” yaxından maraqlanır. Bu barədə tanınmış insayder Matteo Moretto xəbər verib.
“Neuradzurri”nin 27 yaşlı sağ cinah müdafiəçisi ilə bağlı yaxın vaxtlarda onun klubu ilə danışıqlara başlamağı planlaşdırdığı bildirilir.
Dodo cari mövsümdə “Fiorentina”nın heyətində 25 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Braziliya millisinin üzvünün Florensiya klubu ilə müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.
© Copyright 2026, All Rights Reserved