“İnter” kapitanı ilə 5 illik sözləşdi
"İnter" 26 yaşlı hücumçusu, kapitanı Lautaro Martinez ilə yeni müqavilə imzalandı.
90plus.az xəbər verir ki, 2018-ci ildən komandada çıxış edən Martinezin sözləşməsi 5 mövsümlük - 2029-cu ilin yayınadəkdir.
Qeyd: Lautaro indiyədək 282 matçda 129 qol vurub və 43 qolun ötürməsini verib. "İnter"lə 2 dəfə A Seriyasının çempionu, 2 dəfə Kubokun qalibi, 3 dəfə də İtaliya Superkubokunun 1-cisi olub.
© Copyright 2026, All Rights Reserved