"İnter" köhnə dostun qapısını döydü
Sağ cinahda Denzel Dumfrisin uzunmüddətli zədələnməsi və komandaya yeni qoşulan Luis Enrikenin hələlik tam etibar qazanmaması “İnter”i tanış bir ada yönəldib.
90plus.az xəbər verir ki, baş məşqçi Kristian Kivunun klub mədəniyyətini yaxından tanıyan və daha əvvəl “İnter” forması ilə 200-dən çox oyuna çıxmış İvan Perişiçin təcrübəsindən yararlanmaq istədiyi bildirilir. Hollandiya mətbuatının məlumatına görə, xorvatiyalı futbolçu “San Siro”ya qayıtmaq ideyasına olduqca müsbət yanaşır.
Erediviziya çempionluğu uğrunda mübarizə aparan “PSV Eyndhoven” isə əsas ulduzunu asanlıqla buraxmaq niyyətində deyil. “İnter”in transferi nisbətən aşağı məbləğlə yekunlaşdırmaq istəməsinə baxmayaraq, “PSV Eyndhoven” rəhbərliyi “ciddi təklif” olmadan danışıqlara başlamayacağını açıqlayıb.
Perişiçin Niderland təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Bu mövsüm 4 qol və 10 məhsuldar ötürmə ilə komandanın əvəzolunmaz oyunçularından birinə çevrilən xorvat futbolçu üçün “PSV Eyndhoven”in bir neçə milyon avroluq təklifləri qəbul etməsi gözlənilmir.
© Copyright 2026, All Rights Reserved