"İnter Mayami" çempion oldu, Bekhem dəliyə döndü
90plus.az xəbər verir ki, Amerika Futbol Liqasının (MLS) pley-off finalında “İnter Mayami” ilə “Vankuver Uaytkaps” komandaları üz-üzə gəlib.
"Çeys Stadionu”nda keçirilən qarşılaşmada “İnter Mayami” rəqibini 3-1 hesabı ilə məğlub edərək liqanın yeni çempionu olub.
Maçın bitməsi ilə birlikdə klubun sahibi Devid Bekhemin sevinc anları kameralara əks olunub. Bekhemin oyundan sonrakı emosional anları sosial şəbəkələrdə geniş yayımlanıb.
Bu qələbə ilə “İnter Mayami” klub tarixinin ilk MLS çempionluğunu əldə edib.
© Copyright 2025, All Rights Reserved