“İnter” qalib gəldi, lider oldu
"İnter” “Milan” və “Napoli”nin xal itkilərindən istifadə edərək 1-ci pilləyə yüksəldi:
1.İnter ➖ 33 xal (+20)
2. Milan ➖ 32 xal (+11)
3. Napoli ➖ 31 xal (+9).
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 15-ci turunda “İnter” Serie A tarixində ilk dəfə ardıcıl üç mövsümdə çempionatın ilk yeddi səfər oyunundan ən azı beşində qalib gəlib.
Bu matçla birlikdə “Neradzurrilər” 15 oyundan sonra 34 qol həddinə çatdılar. Bu göstərici ardıcıl altıncı mövsümdür qeydə alınır. Maraqlıdır ki, əvvəlki 69 Serie A mövsümündə “İnter” bunu cəmi altı dəfə bacarmışdı. Komandanın hücum potensialı son dərəcə yüksək səviyyədə qalır və bunda müdafiəçilərin də payı böyükdür.
Avropanın top-5 liqasında bu mövsüm müdafiəçilərdən vurulan qolların sayına görə yalnız “Borussiya Dortmund” “İnter”i qabaqlayır. Seriya A-da isə bu göstəricidə “İnter”dən yaxşı komanda yoxdur: müdafiəçilər 6 qol vurub. Bu fakt komandanın hücumda çoxşaxəli olduğunu və arxa xəttin fəal iştirakını göstərir.
“Neradzurrilər” son 7 səfər oyunda məğlub olmayıb: 4 qələbə, 3 heç-heçə. Sonuncu dəfə “İnter” “Cenoa”ya qarşı daha uzun səfər məğlubiyyətsiz seriyanı 1960–1990 illəri arasında – 11 oyun ərzində yaşamışdı.
Lautaro Martines yenə həlledici fiqur oldu və “İnter”in əsas hücumçusu statusunu bir daha təsdiqlədi. Kapitan Avropanın top-5 liqasında son yeddi mövsümün hər birində ən azı 10 qol ötürməsində (qol + assist) iştirak edən cəmi dörd futbolçudan biridir. Cari mövsümdə onun aktivində 8 qol və 3 assist var. Bu göstəricidə o, Mbappe, Haland və Keyn kimi ulduzlarla bir sıradadır.
2018/19 mövsümündə Seriya A-da debüt etdikdən sonra eyni oyunda həm qol, həm də assist edən matçların sayına görə Lautaro birinci yeri bölüşür: 15 oyun – Romelu Lukaku və Çiro İmmobile ilə eyni göstərici.
“Cenoa”ya vurduğu qol onun yaxşı formasını da davam etdirdi. Lautaro artıq ardıcıl üç çempionat oyununda fərqlənib və bu müddətdə 4 qol vurub. O, sonuncu dəfə belə seriyanı ötən ilin yanvarında yaşamışdı:
Cenoa 1 - 2 İnter
Y. Bisseck 6'
Lautaro Martinez 38'
V. Oliveira 68'
Qollar:
https://t.me/doxsanplus/112397
https://t.me/doxsanplus/112401
https://t.me/doxsanplus/112407