“İnter” “Roma” səfərində minimal hesabla qalib gəldi
A Seriyasının 7-ci turunda “İnter” səfərdə “Roma”ya qarşı keçirdiyi oyundan 1:0 hesablı qələbə ilə ayrıldı.
90plus.az xəbər verir ki, “Roma Olimpiya Stadionu”nda baş tutan qarşılaşmanın yeganə qolunu 6-cı dəqiqədə Bonni vurdu. “İnter”in heyətində oyuna start heyətdə başlayan Hakan Çalhanoğlu 61-ci dəqiqədə əvəzlənərək yerini Frattesiyə verdi.
Bu qələbə ilə “İnter” xallarını 15-ə yüksəltdi. “Roma” isə 15 xalda qaldı.
Matçda vurulan qolun videosu:
https://t.me/doxsanplus/109300
© Copyright 2025, All Rights Reserved