"İnter" və "Arsenal" meksikalı futbolçuya "elçi düşdü"

"Arsenal" və "İnter" eyni oyunçunun transferində maraqlıdır.
90plus.az xəbər verir ki, söhbət Meksikanın "Monterrey" klubunun və milli komandasının hücumçusu German Berteramedən gedir.
26 yaşlı futbolçu Klublararası dünya çempionatında nümayiş etdirdiyi oyunla bir sıra aparıcı klubların diqqətini cəlb edib. Həm cinah, həm də mərkəz hücum xəttində çıxış edə bilən Berteramenin gələcək karyera qərarı yaxın günlərdə məlum olacaq.
Futbolçunun "Monterrey"lə müqaviləsi 31 dekabr 2027-ci ilə qədər qüvvədədir. Argentinada anadan olan, lakin Meksika yığmasının şərəfini qoruyan oyunçu daha əvvəl "San Lorenzo", "Patronato" (hər ikisi Argentina) və "Atletiko San Luis" (Meksika) klublarında çıxış edib.
© Copyright 2025, All Rights Reserved