“İnter”dən Niko Pasa 58 milyon təklif
“İnter”dən Nikо Pasa görə 58 milyon avroluq təklif!
90plus.az xəbər verir ki, “İnter” gələn yay “Real Madrid”in gənc istedadı Niko Pası İtaliyada saxlamaq üçün hərəkətə keçib. “Flashscore”un məlumatına görə, Milan təmsilçisi argentinalı yarımmüdafiəçini “Komo”dan İspaniyaya qayıtmazdan əvvəl transfer etməyə hazırlaşır.
Xatırlatma: 2024/25 mövsümünü “Komo”da icarədə keçirən 19 yaşlı futbolçu “Real Madrid”lə müqavilə üzrə İspaniya nəhənginə məxsusdur. “İnter”in məqsədi – yay transfer pəncərəsində “Komo” və “Real Madrid” arasındakı razılaşmaya müdaxilə edib gənc istedadı öz sıralarına qatmaqdır.
💸 “Neradzurri” bu transfer üçün 58 milyon avro ödəməyə hazırlaşır.
Niko Pas cari mövsümdə A Seriyasında “Komo” forması ilə parlaq çıxışı ilə diqqət çəkib və “İnter” rəhbərliyi onu gələcək üçün əsas layihələrindən biri kimi görür.
© Copyright 2025, All Rights Reserved