"İnter"i finala aparan məşqçi klubdan ayrılır

"İnter" klubunun baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə çalışmağa hazırdır.
90plus.az xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssisə illik 25 milyon dollar məvacib təklif olunub. İnzaqi bu təklifi qəbul edib və ərəb klubuna rəhbərlik etməyə razılıq verib.
Gözləntilərə əsasən, tərəflər arasındakı yekun danışıqlar 31 may tarixində, "İnter"in PSJ-yə qarşı keçirəcəyi Çempionlar Liqasının final oyunundan sonra baş tutacaq.
Simone İnzaqi 2021-ci ilin yayından etibarən Milan təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionluğu qazanıb, iki dəfə ölkə kubokuna və üç dəfə Superkuboka sahib olub.
© Copyright 2025, All Rights Reserved