"İnter"in müdafiəçisi "Barselona"ya keçmək istəyir
“Barselona”nın idman direktoru Deku “İnter”in müdafiəçisi Alessandro Bastoninin yay transfer dönəmində ciddi maraq göstəriləcəyi təqdirdə “Kamp Nou”ya keçməyə hazır olduğunu bildirib.
90plus.az xəbər verir ki, Kataloniya nəhəngi bu yay heyətinə solayaq mərkəz müdafiəçisi cəlb etməyi planlaşdırır. Bu mövqedə “İnter”dən Alessandro Bastoni ilə yanaşı, “Mançester Siti”nin futbolçusu Yoşko Qvardiol və “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek də “Barselona”nın transfer siyahısında ön sıralarda yer alır.
Bastoni yaxın zamanda “Kamp Nou”ya mümkün transferi ilə bağlı yayılan şayiələrə son qoyaraq, “İnter”də xoşbəxt olduğunu bildirmişdi.
Bununla belə, “Barselona” kimi böyük kluba keçid istənilən futbolçu üçün cəlbedici olsa da, katalon klubunun yaşadığı maliyyə problemləri bu transferin reallaşması yolunda əsas maneə kimi görünür. Məlumata görə, Bastoninin transfer dəyəri təxminən 70 milyon avro təşkil edir.
© Copyright 2026, All Rights Reserved