“İnter”in prezidenti kapitana haqq verdi: “Hakan Çalhanoğluya qapı açıqdır”

“İnter”in prezidenti Cüzeppe Marotta ötən gecə “Fluminense”yə 0:2 məğlubiyyətin klubun dünya miqyasında imicinə xələl gətirməsini istəmir. O, “Sport Mediaset”ə – “FCInterNews” vasitəsilə danışarkən komandasına inamını ifadə edib.
90plus.az xəbər verir ki, klub rəhbəri hazırda San-Siro təmsilçisi üçün çətin dövrlərin olduğunu etiraf edib:
"Doğrudan da, cəmi bir ay ərzində “İnter” üçlü tac arzusunun puç olmasından tutmuş Klubların Dünya Çempionatında mübarizədən kənarda qalmağa qədər ağır zərbələr alıb.
İndi isə yeni baş məşqçi Kristian Çivunun öhdəsinə düşür ki, komandanın qalibiyyət ruhunu yenidən canlandırsın və “İnter”i düzgün yola qaytarsın".
Ötən gecəki məğlubiyyət həzm olunası deyildi.
“Fluminense” ilə 1/8 final görüşünə favorit kimi çıxan italiyalılar Şarlottada ikinci planda qaldılar.
Kristian Çivunun oyundan əvvəl planladığı nəticə bu deyildi — 0:2 hesablı məğlubiyyət gözlənilməz oldu.
Matçdan sonra danışan Cüzepoe Marotta bunları dedi:
“Ümumi qiymətləndirmə budur ki, bu, çox gərgin və hadisələrlə dolu bir mövsüm oldu. 63-cü oyunumuzu oynamaq futbol dünyasında fövqəladə bir haldır.
Rəqiblərimizdən 21 oyun artıq keçirdik. Həm İtaliyada, həm də beynəlxalq arenada əsas rollardan birini oynadığımız mövsümü başa vururuq.
İkinci yeri tutmaq uğursuzluq demək deyil. Biz həmişə əlimizdən gələnin ən yaxşısını etməliyik və məhz belə də etdik.
Bəzən rəqiblər daha yaxşı formada olur. Ancaq bu mövsümə ümumilikdə müsbət qiymət verilməlidir”.
Sonra o, “İnter”in dünya futbolundakı mövqeyini xatırlatdı:
“İnter” böyük tarixə malik klubdur. Biz bu irsi qorumaq istəyirik və növbəti mövsüm bütün turnirlərdə əsas fiqurlardan biri olmağı hədəfləyirik.
Əlbəttə, heyəti gücləndirmək istəyirik, amma bu, bir qədər də rəqiblərimizin nə etdiyindən asılıdır.
Hazırda transfer bazarında aktivlik var və biz də rəqabətə hazırıq.
Artıq bəzi transferlərimizi yekunlaşdırmışıq və həm yeni oyunçulara, həm də böyük potensial göstərmiş Çivuya görə həyəcanlıyıq”.
Komandanın kapitanı Lautaro Martines isə bu yay ən çox müzakirə olunan məsələlərdən biri — Hakan Çalhanoğlunun “Qalatasaray”a keçidi ilə bağlı söz açıb.
O, bu mövzuya toxunarkən 31 yaşlı yarımmüdafiəçiyə bir qədər tənqidi yanaşıb:
“Bir daha vurğulamaq istəyirəm ki, idmanda ikinci yeri tutmaq uğursuzluq deyil. Rəqiblərimizin çoxu bunu bacarmayıb.
Lautaronun dedikləri — bəlkə də, oyundan sonra emosiyalarla deyilmiş sözlər olsa da — onun kapitan kimi məsuliyyətini əks etdirir.
Onun fikirləri komandamızın daim bütün gücü ilə mübarizə aparmaq və klubla bağlarını qorumaq istəyini ifadə edir.
Əgər hansısa futbolçu ayrılmaq istəyirsə, o zaman qapılar açıqdır.
Bu, Çalhanoğluna da aiddir — onunla gələn həftə açıq şəkildə danışacağıq. Əgər yollarımız ayrılacaqsa, olsun.
Amma hazırda belə bir niyyət görünmür. Lautaronun dedikləri sadəcə, komanda daxilində məsuliyyətli yanaşmanın vacibliyini vurğulayır.”
Həmçinin oxu: https://90plus.az/interin-kapitanndan-srt-acqlama-qalmaq-istmyn-getsin/xeber/