“İnter”in qapıçısı adam öldürdü!
“İnter”in qapıçısı avtomobillə adam vurub öldürdü.
90plus.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi “İnter”in qapıçısı Josep Martines yol qəzasına səbəb olub.
Hadisə bu gün Komo əyalətində baş verib. İspaniyalı qolkiper idarə etdiyi avtomobillə 81 yaşlı əlil arabasındakı kişiyə çırpılıb. Yerli polis orqanlarının məlumatına görə, yaşlı şəxs hadisə yerində dünyasını dəyişib.
İlkin araşdırmaya əsasən, əlil arabasındakı kişi özünü pis hiss edərək istiqamətini dəyişib və avtomobil yoluna çıxıb.
Polisin açıqlamasında deyilir:
“‘İnter’in qapıçısı Josep Martinesin idarə etdiyi avtomobil əlil arabasında hərəkət edən kişiyə çırpılıb. Martines dərhal dayanaraq kömək etməyə çalışıb, lakin təcili yardım gələnədək kişi vəfat edib.”
Hadisə ilə bağlı istintaq davam edir. “İnter” çərşənbə günü “Fiorentina” ilə oyundan öncə planlaşdırılan mətbuat konfransını ləğv edib və hadisəyə dair açıqlama verməkdən imtina edib.
27 yaşlı Martines “Las Palmas” və “Leypsiq”də çıxış etdikdən sonra 2024-cü ildə “Cenoa”dan “İnter”ə transfer olunub. O, bu mövsüm komanda ilə 12 oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved