"İnter"in Zelinskisi zədələndi

Polşa millisinin və “İnter” klubunun futbolçusu Pyotr Zelinski uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi baldır əzələsində zədə alıb.
O, A Seriyasının 28-ci turunda “Monza”ya qarşı keçirilən və komandalarının 3:2 hesablı qələbəsi ilə nəticələnən oyunda xəsarət alıb. 70-ci dəqiqədə meydana daxil olan futbolçu cəmi üç dəqiqə sonra əvəz olunub.
Qeyd: Zelinski bu mövsüm “İnter”in heyətində 33 oyuna çıxaraq 2 qol vurub və 3 asist edib.
© Copyright 2025, All Rights Reserved