İnzagi “Palermo”da! RƏSMİ

RƏSMİ: Filippo İnzagi “Palermo”nun yeni baş məşqçisi təyin olundu.
90plus.az xəbər verir ki, məşhur italiyalı mütəxəssis Filippo İnzagi karyerasında yeni mərhələyə qədəm qoyub. Təcrübəli çalışdırıcı “Palermo” klubunun baş məşqçisi təyin olunub. Bu barədə klub rəsmi sayt vasitəsilə məlumat yayıb.
Mövsümün əvvəlində A Seriyasına vəsiqə qazanmaq uğrunda planlar quran “Palermo”bu məqsədə çatmaq üçün təcrübəli və uğurlu bir məşqçiyə ehtiyac duyurdu. Klub rəhbərliyi seçimində Filippo İnzagiyə üstünlük verib. Müqavilənin detalları hələlik açıqlanmasa da, İnzagi ilə uzunmüddətli əməkdaşlıq planlaşdırıldığı bildirilir.
Geridə qalan 2024/25 mövsümündə İnzagi “Piza”nın başında əla nəticələrə imza atmış, komandaya A Seriyasına vəsiqə qazandırmışdı. Lakin o, mövsüm başa çatdıqdan sonra klubdan ayrılmışdı. İndi isə 50 yaşlı mütəxəssis oxşar nailiyyəti “Palermo” ilə təkrarlamağa çalışacaq.
Qeyd: "Palermo” hazırda B Seriyasında çıxış edir və son illərdə elitaya dönüş hədəfini reallaşdıra bilməyib. Klubun rəhbərliyi İnzaginin təyinatını bu istiqamətdə ciddi addım hesab edir.
Filippo İnzagi daha əvvəl “Milan”, “Veneziya”, “Benevento”, “Breşya”, “Reggina” və “Piza” klublarında çalışıb. O, məşqçilik karyerası boyunca bir neçə komandaya liqa yüksəlişi yaşadıb və hücum futbolu ilə tanınır.
© Copyright 2025, All Rights Reserved