İranlı hücumçu “İnter”də! RƏSMİ
"İnter" iranlı hücunçu, 31 yaşlı Mehdi Taremini azad agent kimi heyətinə qatdı!
90plus.az xəbər verir ki, 31 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
İranlı hücumçu indiyədək karyerasında 386 oyunda 283 qol vurub. Son klubu, Portuqaliya "Portu"sunda isə 122 oyuna 64 qolu var.
Mehdi Tareminin karyerası:
Klublar üzrə: 386 oyun, 192 qol, 91 məhsuldar ötürmə
İran millisində: 86 oyun, 49 qol, 20 məhsuldar ötürmə.
1 dəfə İran Liqası (Persepolis)
1 dəfə İran Superkuboku (Persepolis)
1 dəfə Qətər Superkuboku (Al Gharafa)
1 dəfə Portuqaliya Premier Liqası
3 dəfə Portuqaliya Kuboku
1 dəfə Portuqaliya Liqa Kuboku
2 dəfə Portuqaliya Superkuboku
1 dəfə Mərkəzi Asiya Millətlər Kuboku (İran)
2 dəfə İranda mövsümün oyunçusu
2 dəfə İran liqasında mövsümün qolçusu
3 dəfə İran liqasında mövsümün hücumçusu
2 dəfə Portuqaliya Premier Liqasında mövsümün qolçusu
1 dəfə Portuqaliya Premier Liqasında mövsümün məhsuldar ötürmə lideri
1 dəfə Mərkəzi Asiya Millətlər Kubokunda mövsümün qolçusu
1 dəfə Mərkəzi Asiya Millətlər Kubokunda mövsümün oyunçusu
1 dəfə UEFA tərəfindən Avropada mövsümün qolu.
© Copyright 2026, All Rights Reserved