İsak “Liverpul”un baş planı oldu

“Liverpul”dan İsak üçün rekord plan – Luis Dias satılır, hədəfə Aleksander İsak alınır.
90plus.az xəbər verir ki, yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdıran “Liverpul” rəhbərliyi Aleksander İsak üçün hərəkətə keçməyə hazırlaşır. Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, “qırmızılar” İsveçli hücumçunu transfer etmək üçün “Nyukasl Yunayted”ə rekord məbləğdə təklif göndərməyə hazırdır.
Bu transfer üçün əsas şərt isə klubun ulduz futbolçusu Luis Diasın satışıdır. Kolumbiyalı vingerin yüksək təzminatla komandadan ayrılması gözlənilir və bu transferdən əldə olunacaq vəsait birbaşa İsakın alınıb gətirilməsinə yönəldiləcək.
Maraqlıdır ki, İsak özü də “Liverpul” variantına tam açıqdır. Romano bildirir ki, 24 yaşlı forvard digər klublardan gələn bütün təklifləri rədd edib və yalnız “Liverpul” formasını geyinmək istədiyini bildirib.
Keçən mövsümdə “Nyukasl”ın heyətində parlaq performans sərgiləyən İsak Premyer Liqada ən çox diqqət çəkən hücumçulardan biri olub. “Liverpul” rəhbərliyi isə onu yeni baş məşqçi Arne Slotun sistemi üçün ideal fiqur hesab edir.
Tərəflər arasında danışıqların yaxın günlərdə intensivləşəcəyi gözlənilir. Əgər bu transfer baş tutarsa, İsak “Liverpul” tarixinin ən bahalı oyunçularından biri olacaq.
© Copyright 2025, All Rights Reserved