İspan futbolunda Karvaxal - Yamal davası hökm sürür
İspan futbolunda Karvaxal–Lamin Yamal gərginliyi: fikirlər iki yerə bölünüb ⚽️🇪🇸
90plus.az xəbər verir ki, İspaniyada son günlərin əsas müzakirə mövzusu Dani Karvaxal ilə Lamin Yamal arasında son El Klasiko"da (Real Madrid yaşanan gərginlik olub. “Diario AS” yazır ki, bu qarşıdurma futbol ictimaiyyətini iki yerə bölüb.
Bəzi azarkeşlər və mütəxəssislər Karvaxalı “Madridin şərəfini qoruduğu” üçün müdafiə edir. Onların fikrincə, “Real Madrid”in kapitanı komandasının və klub dəyərlərinin yanında dayanıb.
Digərləri isə hesab edir ki, milli komandanın kapitanı kimi Karvaxal daha təcrübəli davranmalı və Laminlə yaranan problemi şəxsi şəkildə, meydandan kənarda həll etməli idi.
Müzakirələr yalnız oyunçularla məhdudlaşmayıb. Bir çox azarkeşlər baş məşqçi Hansi Flikin taktikasını və Vinisius Juniorun davranışlarını da tənqid edir. Eyni zamanda bəzi fanatlar Lamin Yamala matçdan öncə dediklərinə görə “bədəl ödətdiyini” düşünür.
Həmçinin oxu: https://www.90plus.az/yamal-pedri-v-martin-kapitan-izlmdn-cxartdlar/xeber/
© Copyright 2025, All Rights Reserved