İspaniya 9 qollu oyunda Fransanı uddu!
İspaniya Fransanı 9 qollu oyunda məğlub edərək Millətlər Liqasının finalına yüksəldi: Final: Portuqaliya - İspaniya (8 iyun).
90plus.az xəbər verir ki, Ştutqart şəhərində keçirilən yarımfinal matçında İspaniyanın yeniyetmə ulduzu Lamin Yamal ölkəsinin Fransaya qarşı 5:4 hesablı möhtəşəm qələbəsinə ilham verdi və İspaniya ardıcıl üçüncü dəfə Millətlər Liqasının finalına yüksəldi. Onlar finalda İberiya qonşusu Portuqaliya ilə qarşılaşacaqlar.
Avropa çempionları yarımfinalın ilk hissəsində 3 dəqiqəyə Niko Uilyams və Mikel Merinonun vurduğu gözəl qollarla 2:0 hesablı üstünlük əldə etdilər.
17 yaşlı Yamal Fransa millisində çıxış edən gənc istedadlar Dezire Due və Usman Dembele ilə müqayisədə daha parlaq təsir bağışladı. Didye Deşamın komandası oyuna fiziki baxımdan zəif çıxmışdı.
Yamal ikinci hissənin 9-cu dəqiqəsində penalti zərbəsini soyuqqanlılıqla dəqiq yerinə yetirərək özünün ilk qolunu vurdu. Cəmi bir dəqiqə sonra isə onun “Barselona”dan komanda yoldaşı Pedri möhtəşəm dördüncü qolu fransız qapısına göndərdi.
Unai Simon Fransanın ardıcıl hücumlarında Dezire Due, Mbappe və Dembeleyə qarşı möhtəşəm qurtarışlar etdi.
İspaniyadan “Real Madrid”in müdafiəçisi Din Höysen standart vəziyyətdən gözəl kombinasiyadan sonra topu tora göndərdi, lakin bu qol ofsayd səbəbilə qeydə alınmadı.
Qarşılaşmada qollar ard-arda gəldi. Fransa geridönüş edərək, hesabı 1-5-dən 4-5-ə qədər gətirdi – Rayan Şerkidən möhtəşəm zərbə, Dani Vivianın avtoqolu və Randal Kolo Muaninin qolu İspaniyaya son dəqiqələrdə həyəcan yaşatdı. Buna baxmayaraq, ispanlar üstünlüyü qoruyaraq Portuqaliya ilə final qarşılaşmasına vəsiqə qazandılar:
İspaniya 5 - 4 Fransa
N. Uilyams 22’
M. Merino 25’
L. Yamal 54’ (pen.) 67’
Pedri 55’
Mbappe 59’
R. Şerki 79’
Vivian 84’ (ö.q.)
Kolo Muani 90+3’
Qollar:
https://t.me/doxsanplus/103730
https://t.me/doxsanplus/103736
https://t.me/doxsanplus/103738
https://t.me/doxsanplus/103739
https://t.me/doxsanplus/103740
Dubl edən Lamin Yamal matçın ən yaxşı oyunçusu seçilir və yenidən Ballon d'Or yarışına qayıdır.
📰: Reuters; The Associated Press; ESPN