İspaniyada Qurban Qurbanova sürpriz video
Türkiyəli blogerdən İspaniyada “Qarabağ”a və Qurban Qurbanova jest gəldi.
90plus.az xəbər verir ki, türkiyəli bloger Recep Kaya İspaniyada “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova gözlənilməz sürpriz edib.
Kaya təqdim etdiyi xüsusi videoda dünyanın müxtəlif ölkələrindən “Qarabağ” azarkeşlərinin dəstək mesajlarını bir araya gətirib. Videoda müxtəlif millətlərdən olan futbolsevərlər Azərbaycan təmsilçisinə uğurlar arzulayaraq, klubun uğurlarını izlədiklərini bildiriblər.
VİDEO: https://t.me/doxsanplus/109470
Qurban Qurbanov isə bu jestə görə təşəkkürünü ifadə edib və “Qarabağ”ın artıq təkcə Azərbaycanın deyil, beynəlxalq azarkeş kütləsinin də sevimlisinə çevrildiyini vurğulayıb.
© Copyright 2025, All Rights Reserved