İtaliya A Seriyası: Kenan Yıldızın qolu 1-ci oldu

Kenan Yıldızın qolu İtaliya A Seriyasında 2024/25 mövsümünün ən yaxşı qolu seçilib.
90plus.az xəbər verir ki, “Yuventus”un hücumçusu Kenan Yıldız İtaliya A Seriyasında azarkeşlərin qəlbini fəth edərək “İliad Mövsümün Qolu” mükafatını qazanıb. Türkiyəli gənc futbolçunun 11 yanvar tarixində “Torino”ya qarşı Derbi della Mole matçında vurduğu gözəl qol mövsüm ərzində seçilmiş 10 qol arasında ən çox səs toplayaraq birinci olub:
VİDEO: https://t.me/doxsanplus/104293
Bu möhtəşəm qol texnika, cəsarət və yaradıcılığın vəhdəti idi. Yıldız üç rəqibini nəfəskəsici slalomla keçdikdən sonra cərimə meydançası xaricindən dəqiq zərbə ilə topu qapının “doqquzluğ”una göndərmişdi.
Kenan Yıldız final mərhələsində iki güclü rəqibi geridə qoyaraq birinci oldu. İkinci yeri “Napoli”nin heyətində “Kalyari”yə vurduğu qolla Skott Maktominey, üçüncü yeri isə “İnter”in heyətində “Atalanta”ya vurduğu qolla Nikolo Barella tutdu.
© Copyright 2025, All Rights Reserved