İtaliya A Seriyası: "Milan"ın 3 oyunluq seriyası bitdi
İtaliya A Seriyasında “Milan” doğma meydanda “Sassuolo”nu qəbul edib. Qollu keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
90plus.az xəbər verir ki, oyunda hesabı 13-cü dəqiqədə qonaq komandanın heyətində İsmail Kone açıb. “Milan”ın gənc futbolçusu Davide Bartesaqi 34-cü dəqiqədə fərqlənərək hesabda tarazlıq yaradıb. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci yarının əvvəlində Bartesaqi yenidən səhnəyə çıxıb və 47-ci dəqiqədə dubl edərək “Milan”ı önə keçirib. Lakin “Sassuolo” təslim olmayıb. Arman Loryente 77-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib və matçın yekun nəticəsini müəyyənləşdirib:
Milan 2-2 Sassuolo
Kone 13'
Bartesaghi 34' 47'
Lauriente 77'
Qollar: https://t.me/doxsanplus/112363
Lider "Milan" doğma meydanda qəbul etdiyi "Sassuolo"ya qalib gələ bilməyərək 1-ci pillədəki mövqeyini itirmək təhlükəsi ilə üzləşir. “Sassuolo” isə Milan səfərindən 1 xalla qayıdaraq aktivinə 21 xal yazdırıb.
© Copyright 2025, All Rights Reserved